09:00 - 18:00, B.e. - C.a.
Lökbatan qəs.,Neftçilər küç.13 AZ1063, Bakı şəh.
09:00 - 18:00, B.e. - C.a.
Lökbatan qəs.,Neftçilər küç.13 AZ1063, Bakı şəh.


İl təcrübə
Tamamlanmış layihə
Mütəxəssis
Ton emal


YOTA GROUP MMC olaraq biz sənaye obyektlərinin tikintisindən tutmuş ağır texnikanın təmirinə qədər tam dövrəli mühəndislik xidmətləri təqdim edirik. ADA Universiteti, Gəncə Stadionu və Yevlax Atrium kimi mühüm layihələrdəki iştirakımız bizi etibarlı tərəfdaş kimi tanıdıb.
Beynəlxalq sertifikatlı mühəndis heyət
Müasir CNC və qaynaq avadanlığı
Tam sənədləşmə və zəmanət





Sənaye və tikinti sahəsində fəaliyyət göstəririk: metal konstruksiyaların hazırlanması və quraşdırılması, sənaye boru sistemlərinin istehsalı, dəqiq mexaniki emal, qeyri-dağıdıcı yoxlamalar (NDT), qumlama, sənaye boyama və ağır texnikanın təmiri.
Hər layihə üçün ilkin texniki tapşırıq (TZ) və layihə sənədləri əsasında detallı qrafik tərtib edirik. Müddət; konstruksiyanın həcmi, materialın əldə edilməsi, NDT və boyama mərhələləri nəzərə alınmaqla hesablanır. Bütün mərhələlər müştəri ilə razılaşdırılır.
Bəli. Daxili NDT mühəndisləri qrupumuz var və ASNT Level II, EN ISO 9712 sertifikatlarına malikdir. Radioqrafik (RT), ultrasəs (UT), maqnit hissəcikləri (MT), penetrant (PT) və vizual (VT) yoxlamaları öz avadanlığımızda həyata keçiririk.
Bəli. Hər layihə üçün spesifikasiyaya uyğun yazılı zəmanət təqdim olunur. Standart zəmanət müddəti metal konstruksiyalar üçün 5 il, korroziyaya qarşı boyama sistemləri üçün C2-C5 mühit kateqoriyasından asılı olaraq 5-15 ildir.
Bütün proseslərimiz beynəlxalq standartlara uyğundur: AWS D1.1, EN ISO 9606 (qaynaq), ASME B31.1/B31.3 (boru), ISO 8501-1, NACE, SSPC (səth hazırlığı və boyama), EN ISO 9712, ASNT (NDT). Hər layihənin sənədləri bu standartlara istinad edir.


Sənaye obyektlərində təhlükəsizlik və uzun ömürlü konstruksiya üçün NDT-nin rolu.

Sənaye boyama üçün metal səthin düzgün hazırlanması — addım-addım.

Layihəni qəbul etməzdən əvvəl yoxlanılmalı olan əsas məqamlar.